09:29 - 5.05.2026
5 may, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclarda etalon markaların qiymətləri ötən sessiyanın artımından sonra enməyə başlayıb.
Saat 09:25-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyul fyuçersi 1,23 dollar (1,07%) ucuzlaşaraq bir barel üçün 113,21 dollara düşüb. Mayın 4-də keçirilən hərracların yekununda isə bu müqavilənin qiyməti 6,27 dollar (5,80%) artaraq bir barel üçün 114,44 dollara çatmışdı.
"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" neftinin iyun fyuçersinin qiyməti saat 09:25-ə qədər 2,23 dollar (2,10%) aşağı düşərək bir barel üçün 104,19 dollar təşkil edib. Mayın 4-dəki sessiyanın yekununda bu müqavilə 4,48 dollar (4,39%) bahalaşaraq 106,42 dollara bərabər olmuşdu.

30 İyul 2026