CQBK üzrə çəkilən xərclər 16,7 faiz artıb

17:10 - 1.05.2026


1 may, Fineko/abc.az. Cari ilin I rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) əməliyyat xərcləri təqribən 21 milyon dollar, əsaslı xərclər isə təxminən 9 milyon dollar olub. Bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 16,7 faiz və 50 faiz artım deməkdir.

ABC.AZ bp-nin hesabatına istinadla xəbər verir ki, rüb ərzində CQBK-nın ixrac üçün gündəlik orta ötürücülük gücü 63,5 milyon kubmetr olub ki, bu da əvvəlki ilin eyni dövründən 2,7 milyon kubmetr çoxdur.

Qeyd edək ki, CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.