15:40 - 1.05.2026
1 may, Fineko/abc.az. "BP-Azerbaijan" şirkəti 2026-cı ilin yanvar-mart aylarında "Şahdəniz" yatağından 7 milyard kubmetr qaz hasil edib.
ABC.AZ şirkətin məlumatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünün göstəricisi ilə eynidir.
Hesabat dövründə yataqdan 1 milyon tona yaxın kondensat hasil edilib ki, bu da 2025-ci ilin yanvar-mart aylarının göstəricisi ilə uyğunluq təşkil edir.
"Hazırda yatağın hasilat gücü sutkada təxminən 74,2 milyon kubmetr və yaxud ildə 27,1 milyard kubmetrə qədərdir", - məlumatda qeyd olunub.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026