15:30 - 1.05.2026
1 may, Fineko/abc.az. Azərbaycanda Gömrük Məcəlləsinə edilən dəyişikliklərlə səyyar gömrük auditinin aparılması halları kifayət qədər azalacaq.
ABC.AZ xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında - "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi I oxunuşda müzakirəsi zamanı bildirib.
"Hazırda qüvvədə olan məcəllədə gömrük auditinin aparılması norması təsbit olunubdur və illər boyu bu norma bizdə istifadədədir. Yeni yanaşmamız ondan ibarətdir ki, gömrük auditində kameral və səyyar yoxlama ifadələri daha dəqiq təsvir olunsun, yəni onlar bir birindən ayrılsın. Məntiqi nöqtəyi-nəzərdən, kameral yoxlama məsafədən, hər hansı elektron məlumatlar əsasında yoxlamaların həyata keçirilməsini nəzərdə tutur. Səyyar yoxlama isə ölkəmizdə müəyyən olunmuş yoxlama qaydalarına uyğun olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə bərabər, eyni vaxtda keçirilə bilər", - deyə o qeyd edib.
©Report