15:04 - 1.05.2026
1 may, Fineko/abc.az. Birinci rübdə Azəri Çıraq Günəşli layihəsi üzrə xərclər 35,8 % artaraq 497 milyon ABŞ dollarına çatıb, əməliyyat xərcləri 134 milyon ABŞ dolları (artım 16,5 % artım), əsaslı xərclər isə 363 milyon ABŞ dolları (artım 44,6 %) təşkil edib.
ABC.AZ "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, şirkətin məlumatına görə, hesabat dövründə müqavilə blokunda 2 neft hasilat quyusu, 3 su injektor quyusu və 1 qaz injektor quyusu qazılıb.
Martın sonuna olan vəziyyətə görə, AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
5 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026