11:43 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Azərbaycan Danimarkanın "Vestas Wind Systems A/S" şirkəti ilə ölkənin "yaşıl enerji" ixracı üzrə regional mərkəzə çevrilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edib.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Danimarkanın "Vestas Wind Systems A/S" şirkətinin marketinq, kommunikasiyalar, dayanıqlılıq və ictimai əlaqələr üzrə qrupun baş vitse-prezidenti Morten Dirholm ilə videokonfrans formatında görüş keçirdik", - nazir qeyd edib.
Görüş zamanı, həmçinin, birgə layihələrin həyata keçirilməsi, "Yaşıl Enerji Dəhlizi" layihəsi çərçivəsində külək enerjisinin ixracı və şirkət tərəfindən külək turbinlərinin istehsalının lokallaşdırılması perspektivləri nəzərdən keçirilib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026