11:07 - 30.04.2026
30 aprel, Fineko/abc.az. Mərkəzi Asiyada dəmir yolları yaxın illərdə Çin ilə Avropa arasında artan tranzit, o cümlədən Orta dəhlizin inkişafı və infrastruktur sahəsinə yönələn genişmiqyaslı investisiyalar hesabına yeni inkişaf mərhələsinə qədəm qoyacaq.
ABC.AZ xəbər verir ki, ekspertlərin qiymətləndirməsinə görə, 2030-cu ilə qədər tranzit daşımalarının həcmi iki dəfə arta bilər. Əsas artım Qazaxıstan üzərindən keçən marşrutlar və Çin–Qırğızıstan–Özbəkistan layihəsi daxil olmaqla strateji dəhlizlər hesabına formalaşacaq. Eyni zamanda dəmir yolu xətləri, terminallar və sərhəd keçid məntəqələrinin modernləşdirilməsi davam edir.
Şəbəkənin genişlənməsi fonunda isə “dar boğazlar” problemi daha da aktuallaşır. Ayrı-ayrı hissələrin yüklənməsi, sərhəd keçidlərində gecikmələr və vaqon çatışmazlığı investisiyaların səmərəliliyini azaldır və daşımaların idarə olunmasına yanaşmanın yenilənməsini tələb edir.
Sahədə əsas trendlərdən biri də rəqəmsallaşmadır. Şirkətlər kağızsız daşımaya keçid edir, idarəetmə və proqnozlaşdırma sistemləri, eləcə də süni intellekt əsaslı həllər tətbiq edərək logistik səmərəliliyi artırır və xərcləri azaldır.
27 İyul 2026
27 İyul 2026
25 İyul 2026