10:44 - 30.04.2026
30 aprel, Fineko/abc.az. OPEK+ Rusiya və Səudiyyə Ərəbistanının marağı olduğu müddətdə fəaliyyətini davam etdirəcək.
ABC.AZ xəbər verir ki, bu fikri Rusiya Enerji və Maliyyə İnstitutunun araşdırmalar üzrə direktoru Aleksey Beloqoryev səsləndirib.
Onun sözlərinə görə, OPEK özü Yaxın Şərq ölkələrinin İranla dialoqu üçün mühüm platforma olaraq qalacaq.
Bundan əvvəl BƏƏ-nin dövlət agentliyi WAM ölkənin 1 maydan etibarən OPEK və OPEK+dan çıxacağını açıqlayıb. BƏƏ XİN-in strateji kommunikasiyalar üzrə departament direktoru Afra əl-Hameli bu qərarın uzunmüddətli iqtisadi baxışla bağlı olduğunu bildirib.
Qeyd olunub ki, təşkilat BƏƏ-nin planları barədə əvvəlcədən məlumatlandırılmayıb.
Beloqoryev vurğulayıb ki, OPEK-in dayanıqlılığı əsasən Səudiyyə Ərəbistanının mövqeyindən asılıdır, OPEK+ formatı isə Moskva və Ər-Riyadın neft bazarının tənzimlənməsi üzrə qarşılıqlı anlaşması davam etdiyi müddətdə fəaliyyət göstərəcək.
31 İyul 2026
30 İyul 2026
29 İyul 2026
29 İyul 2026