15:36 - 29.04.2026
29 aprel, Fineko/abc.az. TikTok İndoneziyada 16 yaşından kiçik olan 1,7 milyon istifadəçi hesabını silib.
ABC.AZ xəbər verir ki, bu, ölkədə martın 28-də qüvvəyə minmiş yeni qanunla bağlıdır.
Həmin qanun uşaqları kiberbullinqdən və zərərli məzmunlardan qorumaq məqsədilə 16 yaşınadək şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edir. Platforma tələblərin icrası barədə hesabat verən ilk şirkət olub və regionda onlayn fırıldaqçılığa qarşı mübarizəni gücləndirməyi planlaşdırır.