11:26 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Neft İxrac Edən Ölkələr Təşkilatından (OPEK) və OPEK+ alyansından çıxmasından ən çox zərər görən tərəf hesab edilməlidir.
ABC.AZ xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının büdcə komitəsi sədrinin birinci müavini Aleksandr Şenderük-Jidkov səsləndirib.
Senator BƏƏ-nin beynəlxalq sahəvi təşkilatdan çıxışını ciddi itki kimi qiymətləndirib. Yaxın Şərq ölkəsi böyük xammal ehtiyatlarına və hasilat güclərinə malikdir. “Bu, sadəcə iştirakçılardan birinin itirilməsi deyil: bu, artıq heç bir öhdəliklərlə məhdudlaşdırılmayan böyük neft hasilatı həcmləridir”, — deyə Şenderük-Jidkov bildirib.
Onun sözlərinə görə, belə şəraitdə Səudiyyə Ərəbistanının dünya neft qiymətlərini sabitləşdirmək üçün imkanları və təsir rıçaqları azalacaq. Senator hesab edir ki, bu məsələdə Rusiyanın ona dəstəyi mümkün ola bilər. Lakin uzunmüddətli perspektivdə “təklif müharibəsi” nəticədə BƏƏ-nin hasilat və ixracı artırması fonunda xammal qiymətlərinin enməsinə gətirib çıxaracaq.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026