17:23 - 28.04.2026
28 aprel, Fineko/abc.az. İranda neft anbarlarında boş yer sürətlə tükənir və artıq 22 gün ərzində tam dola bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Kpler ekspertlərinin fikrincə, ixracın mümkünsüzlüyü səbəbindən Tehran may ayının ortalarına qədər gündəlik neft hasilatını əlavə 1,5 milyon barel azalda bilər. ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadasından sonra aprelin əvvəlindən xam neft ixracı kəskin azalıb. Son dövrlərdə İran neftinin gündəlik ixrac həcmi təxminən 567 min barelə düşüb.
Mart ayında İran gündəlik təxminən 1,85 milyon barel neft ixrac edib. Lakin Kpler-in məlumatına görə, bu vəziyyətə baxmayaraq, hökumətin maliyyə çətinlikləri yalnız 3–4 ay sonra yarana bilər.
Goldman Sachs-ın məlumatına əsasən, İran artıq gündəlik neft hasilatını 2,5 milyon barel azaldıb. Səudiyyə Ərəbistanı, İraq, Küveyt və BƏƏ-də də hasilatın azaldıldığı bildirilir.
3 Avqust 2026
1 Avqust 2026
1 Avqust 2026