"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib

16:53 - 28.04.2026


28 aprel, Fineko/abc.az. Nazirlər Kabineti "Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və "Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları"nın təsdiq edilməsi haqqında" 9 fevral 2024-cü il tarixli qərarında dəyişiklik edib.

ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" ölkə Prezidentinin 12 sentyabr 2018-ci il tarixli fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.