11:30 - 28.04.2026
28 aprel, Fineko/abc.az. Azərbaycanın sığorta bazarı 2026-cı ilin birinci rübündə xalis mənfəət baxımından ciddi, 32% daralma ilə üzləşib.
ABC.AZ xəbər verir ki, sektor üzrə ümumi xalis mənfəət illik müqayisədə 32% azalaraq 15.81 milyon manata düşüb.
Sözügedən dövrdə “PAŞA Sığorta” ASC-nin xalis mənfəəti illik müqayisədə 40% azalaraq 8.52 milyon manat təşkil edib. Buna baxmayaraq, şirkət bazarın təxminən 54%-ni sahibdir.
İkinci pillədə qərarlaşan “Qala Sığorta” ASC də oxşar tendensiya ilə üzləşib – şirkətin mənfəəti 35% azalaraq 2.89 milyon manata enib. Üçüncü yerdə olan “Xalq Sığorta” ASC isə bazarın ümumi mənzərəsindən fərqli olaraq ən yüksək artım tempini göstərib: şirkətin xalis mənfəəti 165% artaraq 1.48 milyon manata çatıb.
Bazarın ən zəif nəticəsi “Azərbaycan Sənaye Sığorta” ASC-də qeydə alınıb – şirkət hesabat dövrünü 94.1 min manat zərərlə başa vurub, halbuki ötən ilin eyni dövründə mənfəətdə idi.
Təkrarsığorta seqmentində isə fərqli mənzərə müşahidə olunur. Yeganə iştirakçı “AzRe Təkrarsığorta” ASC 2025-ci ildə xalis mənfəətini 203% artıraraq 11.15 milyon manata çatdırıb.
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
30 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026
29 Oktyabr 2026