09:22 - 28.04.2026
28 aprel, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarət sessiyasında etalon neft markalarının qiymətləri artır.
Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, ICE Futures Europe birjasında Brent markalı neftin iyun fyuçersinin qiyməti $1,31 (1,21%) artaraq bir barel üçün $109,54 olub. Aprelin 27-də keçirilən ticarətin yekunlarına görə isə bu müqavilə $2,90 (2,75%) bahalaşaraq $108,23 təşkil edib.
Eyni vaxtda New York Mercantile Exchange (NYMEX) birjasında WTI markalı neftin iyun fyuçersi $1,18 (1,22%) artaraq bir barel üçün $97,55 olub. Aprelin 27-də isə bu müqavilə $1,97 (2,09%) yüksələrək $96,37 səviyyəsində bağlanıb.
