Sığortaolunanların sayı 31 min nəfəri keçib

10:28 - 27.04.2026


27 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart ayları ərzində fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 31 min nəfərdən çox artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, 2026-cı ilin 1 aprel tarixinə uçota alınmış sığortaolunanların sayı 5,3 milyon nəfərdən çox olub.