17:10 - 24.04.2026
24 aprel, Fineko/abc.az. İlon Maskın XChat tətbiqi rəsmi buraxılışdan əvvəl App Store-dan yoxa çıxıb.
ABC.AZ xəbər verir ki, daha əvvəl tətbiqin ayrıca səhifəsi mövcud idi, istifadəçilər buraxılış tarixini görə və onu əvvəlcədən yükləyə bilirdilər. Buraxılış tarixi əvvəlcə 17 aprel, daha sonra isə 23 aprel olaraq göstərilmişdi.
XChat X platformasında fəaliyyət göstərən messencer kimi təqdim olunur və şifrələmə, mesajların silinməsi, həmçinin audio və video zəng funksiyalarını özündə birləşdirir. Lakin hazırda onun buraxılışı sual altındadır.
28 İyul 2026
27 İyul 2026
27 İyul 2026