COP29 çərçivəsində bank sektoru 2 milyard manatlıq yaşıl kredit öhdəliyi götürüb - Zakir Nuriyev

16:08 - 24.04.2026


24 aprel, Fineko/abc.az. COP29 çərçivəsində bank sektoru qarşıdakı beş il ərzində 2 milyard manat həcmində yaşıl kredit öhdəliyi götürüb və bu istiqamətdə artıq müvafiq tədbirlər həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) Prezidenti Zakir Nuriyev bildirib.

Onun sözlərinə görə, yaşıl maliyyələşdirmə həm ekoloji tarazlığın qorunmasına, həm də iqtisadiyyatın yeni dövrün tələblərinə uyğun transformasiyasına xidmət edəcək:

"Sistem əhəmiyyətli banklar tərəfindən bir sıra iri pilot layihələr icra olunur və bu layihələr yaşıl, dayanıqlı iqtisadiyyata keçidin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, bir müddət əvvəl Enerji Effektivliyi Fondu yaradılıb. Banklar fondun vəsaitlərindən aktiv istifadə etməklə enerji səmərəliliyini artıran və “yaşıl iqtisadiyyat”a keçidi dəstəkləyən layihələrin ayrıca maliyyələşdirilməsini planlaşdırırlar".