09:22 - 23.04.2026
23 aprel, Fineko/abc.az. Cümə axşamı keçirilən ticarət əməliyyatlarında etalon markaların qiyməti artır.
Saat 09:15-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyun fyuçersinin dəyəri 1,45 dollar (1,42%) artaraq bir barel üçün 103,36 dollar təşkil edib. Aprelin 22-də keçirilən ticarət sessiyasının yekununda bu müqavilənin qiyməti 3,43 dollar (3,48%) bahalaşaraq bir barel üçün 101,91 dollar olmuşdu.
Saat 09:15-ə qədər Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" neftinin iyun fyuçersi 1,42 dollar (1,53%) artaraq bir barel üçün 94,38 dollara çatıb. Əvvəlki sessiyanın yekununda bu müqavilə 3,29 dollar (3,67%) bahalaşaraq 92,96 dollar təşkil etmişdi.

30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026