Neft-qaz sektoru üzrə daxilolmalar proqnozu üstələyib

17:28 - 22.04.2026


22 aprel, Fineko/abc.az.  2026-cı ilin I rübündə  dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4064,9 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 12,4 milyon manat və ya 0,3 faiz çoxdur.

Bu barədə ABC.AZ Maliyyə Nazirliyinin hesabatına istinadla xəbər verir.

Hesabat dövründə, dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21 faizi və ya 854,9 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 79 faizi və ya 3210 milyon manatı Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olmuş neft-qaz gəlirlərinin 48,8 faizi və ya 417,4 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər və digər ödənişlər üzrə, 37,4 faizi və ya 319,5 milyon manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergisi, 13,8 faizi və ya 118 milyon manatı “Azəri-Çıraq-Günəşli” yatağı üzrə mənfəət vergisi hesabına olub.