14:27 - 22.04.2026
22 aprel, Fineko/abc.az. Türkiyə və Qətər Avropaya magistral qaz kəmərinin (MQK) tikintisi layihəsi üzrə danışıqları bərpa edir.
ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin “Aydınlık” nəşri məlumat yayıb.
Söhbət Qətər–Türkiyə–Avropa layihəsindən gedir ki, bu da təbii qazın Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərindən Türkiyənin qaz nəqli sistemi (QNS) vasitəsilə Avropaya çatdırılmasını nəzərdə tutur.
Qaz kəmərinin tikintisi təşəbbüsü hələ 2000-ci illərin əvvəllərində müzakirə edilsə də, 2009-cu ildə siyasi amillər fonunda dondurulmuşdu. Layihə Yaxın Şərqdə, o cümlədən Suriyada geosiyasi vəziyyətin dəyişməsi şəraitində yenidən aktuallıq qazanıb.
Türkiyənin energetika naziri Alparslan Bayraktar layihənin həyata keçirilməsi perspektivlərini müzakirə etmək üçün Dohaya səfər etməyi planlaşdırır.
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
22 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026