SpaceX IPO ərəfəsində Cursor-u $60 mlrd-a alır

10:28 - 22.04.2026


22 aprel, Fineko/abc.az. SpaceX korporasiyası süni intellekt (AI) sahəsində rəqiblərin çatmaq məqsədilə ilkin publik təklifdən (IPO) bir neçə ay əvvəl neyron şəbəkə tərtibatçısı Cursor-un $60 milyard dəyərində alınması ilə bağlı razılaşma əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti məlumat yayıb.

SpaceX-in açıqlamasına görə, daha əvvəl AI-startap xAI-ni də özünə birləşdirən şirkət indi Cursor ilə birlikdə “proqramlaşdırma və biliklərlə işləmək üçün dünyanın ən yaxşı süni intellektini yaratmaq” üzərində çalışır.

Məqalədə qeyd olunur ki, İlon Mask Cursor mühəndislərinin AI alətlərinin hazırlanması sahəsindəki təcrübəsinin ona “modelləri onun xAI laboratoriyasının yaratdıqlarını geridə qoyan rəqiblərə çatmağa” kömək edəcəyinə ümid edir.

Daha əvvəl bildirildiyi kimi, SpaceX şirkətinin qarşıdan gələn IPO-su zamanı aktivlərinin dəyəri $1,75 trilyonu ötə bilər ki, bu da tarixdə ən iri səhmlərin yerləşdirilməsi olacaq.