Azərbaycan nefti bahalaşıb, bareli 110 dolları keçib

10:04 - 22.04.2026


22 aprel Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

ABC.AZ-ın məlumatına görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,38 ABŞ dolları və ya 0,34 % artaraq 110,89 ABŞ dollara bərabər olub.

Xatırladaq ki, Azeri Light markalı neftin minimum qiyməti 2020-ci ilin 21 aprelində — 15,81 dollar/barel, maksimum qiyməti isə 2008-ci ilin iyul ayında — 149,66 dollar/barel səviyyəsində qeydə alınıb.