"Novostroyka"lar 13,1%, köhnə mənzillərin qiymətləri isə 8,1% artıb

12:03 - 21.04.2026


21 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Belə ki, hesabat dövründə qiymətlər ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.

Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,8%, təkrar mənzil bazarı üzrə isə 2,2% artım qeydə alınıb. ©APA