Neft ucuzlaşır: Brent bir barel üçün $94,16 təşkil edir

09:42 - 21.04.2026


21 aprel, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən ticarət əməliyyatlarında etalon markaların qiyməti aşağı düşür.

Saat 09:40-a olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" neftinin iyun fyuçersi $1,32 (1,38%) ucuzlaşaraq bir barel üçün $94,16 təşkil edib. 20 aprel tarixinə olan ticarət yekunlarına əsasən, "Brent"in iyun fyuçersinin qiyməti $5,10 (5,64%) artaraq bir barel üçün $95,48-ə çatıb.

Saat 09:40-a olan məlumata görə, "New York Mercantile Exchange" birjasında "WTI" neftinin may fyuçersi $1,47 (1,64%) ucuzlaşaraq bir barrel üçün $88,14-ə enib. 20 aprel tarixinə olan ticarət yekunlarına əsasən, "WTI"nin may fyuçersinin qiyməti $5,76 (6,87%) artaraq bir barel üçün $89,61 təşkil edib.