16:31 - 20.04.2026
20 aprel, Fineko/abc.az. Alphabet-a daxil olan ABŞ şirkəti Google süni intellekt üçün yeni çiplərin hazırlanması məqsədilə Marvell Technology korporasiyası ilə danışıqlar aparır.
ABC.AZ xəbər verir ki, söhbət MPU (memory processing unit) adlı yeni çipdən gedir. Bu çip mövcud TPU (Tensor Processing Units) ilə birlikdə işləyəcək, həmçinin süni intellekt modellərinin işlədilməsi üçün yeni nəsil TPU-nun hazırlanması planlaşdırılır.
Yeni TPU-nun dizaynının 2027-ci ildə tamamlanması və daha sonra sınaq istehsalına verilməsi gözlənilir.