15:58 - 20.04.2026
20 aprel, Fineko/abc.az. Amazon-un təsisçisi və rəhbəri Ceff Bezosun Blue Origin şirkəti New Glenn raketinin təkrar istifadə olunan sürətləndiricisini ilk dəfə uğurla eniş etdirib.
ABC.AZ xəbər verir ki, Reuters bu uğurun SpaceX ilə rəqabəti daha da gücləndirdiyini yazır. Raket Florida ştatında yerləşən Kanaveral burnundan buraxılıb, sürətləndiricinin enişi isə təxminən 10 dəqiqə sonra baş tutub.
New Glenn raketinin göyərtəsində yerləşən BlueBird 7 kosmik peyki aşağı Yer orbitinə çıxarılıb.
25 İyul 2026