"Azərpoçt"a yeni rəhbər təyin olundu

10:44 - 20.04.2026


20 aprel, Fineko/abc.az. "Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə yeni təyinat olub.

ABC.AZ Trend-ə istinadla xəbər verir ki, AZCON Holding-də Baş Maliyyə Direktorunun müavini Manaf Babayev "Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsinə təyin edilib.

"Azərpoçt" MMC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini icra edən İsi Mustafayev isə öz ərizəsi ilə işdən ayrılıb.

Qeyd edək ki, İ.Mustafayev 2021–2022-ci illərdə "Azərpoçt"un baş direktorunun müavini vəzifəsini icra edib, həm də şirkətin İH-nin üzvü olub.