Neft bahalaşır: Brentin bir bareli $95,40 təşkil edir

09:28 - 20.04.2026


20 aprel, Fineko/abc.az. Bazar ertəsi keçirilən hərraclarda etalon markaların qiyməti ötən həftəki enişdən sonra artır.

Saat 09:25-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyun fyuçersi $5,02 (5,55%) bahalaşaraq bir bareli $95,40 təşkil edib. 17 aprel tarixinə olan hərracların nəticələrinə görə, iyun fyuçersinin qiyməti $9,01 (9,07%) azalaraq bir bareli $90,38-a enmişdi.

Saat 09:25-ə qədər "New York Mercantile Exchange" birjasında "WTI" markalı neftin iyun fyuçersi $5,01 (6,07%) artaraq bir bareli $87,60 olub. 17 aprel tarixinə olan hərracların nəticələrinə görə, "WTI" neftinin iyun fyuçersi $8,58 (9,41%) azalaraq $82,59-a, may fyuçersi isə $10,84 (11,45%) düşərək $83,85-a enmişdi.

Ötən həftə "Brent" nefti 5,06%, "WTI" nefti isə 13,17% ucuzlaşıb.