Azərbaycan vətəndaşları 1 ayda Türkiyədə 60 mənzil alıblar

16:43 - 17.04.2026


17 aprel, Fineko/abc.az. Azərbaycan vətəndaşları 2026-cı ilin mart ayında Türkiyədə 60 ev (mənzil) alıblar.

ABC.AZ xəbər verir ki, Türkiyə Statistika qurumuna (TÜİK) görə, Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-mart aylarında (ilk 3 ayda) isə Türkiyədə 174 ev alıblar.

Azərbaycan vətəndaşları Türkiyədə 2025-ci ilin mart ayında 71, yanvar-mart dövründə isə 211 ev almışdılar.

Azərbaycan vətəndaşları 2025-ci ildə isə Türkiyədə 983 mənzil alıblar. ©Marja.az