16:43 - 17.04.2026
17 aprel, Fineko/abc.az. Azərbaycan vətəndaşları 2026-cı ilin mart ayında Türkiyədə 60 ev (mənzil) alıblar.
ABC.AZ xəbər verir ki, Türkiyə Statistika qurumuna (TÜİK) görə, Azərbaycan vətəndaşları 2026-cı ilin yanvar-mart aylarında (ilk 3 ayda) isə Türkiyədə 174 ev alıblar.
Azərbaycan vətəndaşları Türkiyədə 2025-ci ilin mart ayında 71, yanvar-mart dövründə isə 211 ev almışdılar.
Azərbaycan vətəndaşları 2025-ci ildə isə Türkiyədə 983 mənzil alıblar. ©Marja.az