Naxçıvanda əhalinin banklardakı əmanəti artıb

15:48 - 17.04.2026


17 aprel, Fineko/abc.az. Bu il martın 1-nə Naxçıvan Muxtar Respublikasında əhalinin banklarda 40,7 milyon manat əmanəti olub.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən il martın 1-nə nisbətən 45,4 % çoxdur.

Əmanətlərin 94 %-i milli, 6 %-i xarici valyutada qoyulub. Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada olan əmanətlərin məbləği 46,2 %, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 34 % artıb.