Azərbaycan atom enerjisinə keçid edir - Nazir anonsunu verdi

15:37 - 17.04.2026


17 aprel, Fineko/abc.az. Atom enerjisi Azərbaycanın enerji balansının komponentlərindən biri olacaq.

ABC.AZ-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel sessiyasında bildirib.

"Biz yeni modelə keçid edirik və enerji təhlükəsizliyini yalnız karbohidrogenlər hesabına deyil, həm də bərpa olunan mənbələr də daxil olmaqla elektrik enerjisi hesabına təmin edəcəyik. Bundan başqa, biz enerji balansımıza nüvə enerjisini də daxil etmək qərarına gəlmişik, çünki təmiz enerji mənbəyi və elektrik enerjisinə tələbatın artması fonunda onu gələcək enerji balansının mühüm komponenti hesab edirik", - Şahbazov qeyd edib.