12:32 - 17.04.2026
17 aprel, Fineko/abc.az. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır.
ABC.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında səhmdar cəmiyyətin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlərə, yəni onların alınması prosesinə başlanılıb: "Amma onların istehsal müddəti iki il müddətinə çəkdiyinə görə, həmin qatarların 2030-cu ilə kimi istifadəyə verilməsi nəzərdə tutulur".
A.Fərəcov deyib ki, ADY elektrikləşdirmə və "yaşıl nəqliyyat" istiqamətində işlər aparır: "Yaşıl enerji"nin istifadə edildiyi, elektrifikasiya olunmuş qatarlarla daşımaların həyata keçirilməsi nəzərdə tutulub".
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026