09:18 - 17.04.2026
17 aprel, Fineko/abc.az. Etalon markaların qiymətləri əvvəlki hərracların nəticələrinə görə artdıqdan sonra, cümə günü keçirilən ticarət əməliyyatlarında aşağı düşür.
Saat 09:13-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyun fyuçersi 1,27 dollar (1,28%) ucuzlaşaraq bir barelə görə 98,12 dollar təşkil edib. 16 aprel tarixində keçirilən hərracların nəticəsində iyun fyuçersinin qiyməti 4,46 dollar (4,70%) artaraq bir barelə görə 99,39 dollar olmuşdu.
Saat 09:13-ə qədər "New York Mercantile Exchange" birjasında "WTI" markalı neftin may fyuçersi 1,32 dollar (1,39%) azalaraq bir barelə görə 93,37 dollara düşüb. 16 aprel ticarət əməliyyatlarının yekununda "WTI" markalı neftin may fyuçersinin qiyməti 3,40 dollar (3,72%) yüksələrək bir barelə görə 94,69 dollar təşkil etmişdi.
Bu həftə ərzində "Brent" markalı neft 3% bahalaşıb, "WTI" markası isə 3,26% ucuzlaşıb.

30 İyul 2026
29 İyul 2026
29 İyul 2026