15:15 - 16.04.2026
16 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan Rusiyaya 211,65 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
ABC.AZ xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % azdır.
Hesabat dövründə qeyri-neft-qaz ixracının dəyəri Türkiyə istiqamətində 1 il əvvələ nisbətən 4,2 % artaraq 139,95 milyon ABŞ dolları, Gürcüstan istiqamətində isə 49,7 % artaraq 120,7 milyon ABŞ dolları olub.
3 ayda Azərbaycan həmçinin İsveçrəyə 103,45 milyon ABŞ dolları (+ 48,6 %), Ukraynaya isə 42,7 milyon ABŞ dolları (- 16,3 %) dəyərində qeyri-neft-qaz sektoruna aid mal ixrac edib.
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri illik müqayisədə 19,7 % artaraq 580,7 milyon ABŞ dolları təşkil edib.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
17 Sentyabr 2026
18 Sentyabr 2026
17 Sentyabr 2026