Azərbaycanın xam neft ixracı 15,5 faiz azalıb

14:27 - 16.04.2026


16 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 5 milyon 77 min 834 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, Azərbaycandan ixrac edilən xam neftin dəyəri 2 milyard 500 milyon 709,5 min ABŞ dolları təşkil edib.

İxrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 15,5 %, dəyəri isə 25,1 % azdır.

Ötən üç ayda Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 46,29 % olub.