14:11 - 15.04.2026
15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "Ekspress Bank" hesabat açıqlayıb və məlum olub ki, bir çox sahələrdə geriləmə müşahidə olunur.
ABC.AZ-ın məlumatına görə, birinci rübdə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 188 milyon 951 min manat (8 milyon 539 min manat / 4,3% az) olub.
Cari vergi öhdəlikləri isə son üç ayda 184 min manat və ya 10,1% artaraq 1 milyon 874 min manata bərabər olub. Səhmdar kapitalı dəyişilməyərək 112 milyon 545 min manat təşkil edib.
Bölüşdürülməmiş mənfəət 10 milyon 856 min manat olub. Bu, son üç ayda 3 milyon 273 min manat və ya 43,2% artım deməkdir.
Ümumi ehtiyatların həcmi isə 6 min manat (0,1%) artaraq 6 milyon 234 min manata yüksəlib.
Müəllif: Elmir Muradov
5 Avqust 2026
5 Avqust 2026
4 Avqust 2026