BTC kəməri ilə daşınan neftin həcmi azalıb

12:03 - 15.04.2026


15 aprel, Fineko/abc.az. Cari ilin yanvar-mart aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə nəql olunan neft 31,3 faiz azalaraq 6 milyon 206 min ton təşkil edib.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Qeyd olunur ki, nəqletmənin 76,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (5109,6 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (1096,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.