Dünya Bankı apreldə neft bazarına təzyiqin artacağını proqnozlaşdırır

10:40 - 15.04.2026


15 aprel, Fineko/abc.az. Neft bazarı üçün aprel ayı martla müqayisədə daha çətin olacaq.

ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının prezidenti Adjay Banqa bildirib.

O, bu fikrini belə əsaslandırıb ki, alıcılar artıq ötən ay dənizdə olan nefti əldə ediblər. Lakin mart ayında Hörmüz boğazından bu karbohidrogeni daşıyan tankerlər keçməyib.

Banqanın sözlərinə görə, ümid etmək olar ki, bazar bunu qiymətlərdə artıq nəzərə alıb, lakin o, etiraf edib ki, buna tam əmin deyil.