09:17 - 15.04.2026
15 aprel, Fineko/abc.az. Çərşənbə günü keçirilən hərraclarda etalon markaların qiymətləri ötən günkü azalmadan sonra artmaqdadır.
Saat 09:14-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyun fyuçersi $0,81 (0,85%) bahalaşaraq bir barel üçün $95,60-a yüksəlib. 14 aprel tarixli hərracların nəticələrinə görə, "Brent"in iyun fyuçersinin qiyməti $4,57 (4,60%) azalaraq bir barel üçün $94,79 təşkil etmişdi.
Eyni zamanda, saat 09:14-ə qədər "New York Mercantile Exchange" birjasında "WTI" markalı neftin may fyuçersinin qiyməti $0,22 (0,24%) artaraq bir barel üçün $91,50-yə çatıb. 14 aprel hərraclarının yekununda "WTI"in may fyuçersinin qiyməti $7,80 (7,87%) ucuzlaşaraq bir barel üçün $91,28-ə düşüb.

1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026