10:30 - 13.04.2026
13 aprel, Fineko/abc.az. Cənubi Koreya hökuməti Yaxın Şərqdə baş verən hərbi münaqişə fonunda Qazaxıstandan neft idxalını artırmağı planlaşdırır.
ABC.AZ Reuters agentliyinə istinadən xəbər verir ki, bu ilin aprel ayının əvvəlində Cənubi Koreya nümayəndə heyəti xam neft və nafta tədarükünü müzakirə etmək üçün Qazaxıstana səfər edib.
Seul enerji daşıyıcılarının idxalından ciddi şəkildə asılıdır — tədarüklərin təxminən 70%-i Yaxın Şərq ölkələrinin payına düşür.
Cənubi Koreyanın sənaye naziri Kim Çon Kvan bildirib ki, Seul Qazaxıstandan neft tədarükü ilə bağlı konkret rəqəmləri gələn həftə açıqlamağa hazırdır.
30 İyul 2026
29 İyul 2026