Neft bahalaşır: Brent barrel başına $102,18 təşkil edib

09:24 - 13.04.2026


13 aprel, Fineko/abc.az. Ötən həftənin yekunlarına görə baş verən enişdən sonra, bazar ertəsi keçirilən hərraclarda etalon markalı neftin qiyməti artır.

Saat 09:22-yə olan məlumata görə, ICE Futures Europe birjasında "Brent" markalı neftin iyun fyuçersi $6,98 (7,33%) bahalaşaraq bir barreli üçün $102,18 təşkil edib. Aprelin 10-da keçirilən hərracların yekununda "Brent"in iyun müqaviləsinin dəyəri $0,72 (0,75%) aşağı düşərək bir barreli üçün $95,20 olmuşdu.

Saat 09:22-yə qədər New York Mercantile Exchange birjasında WTI markalı neftin may fyuçersi $8,16 (8,45%) artaraq bir barreli üçün $104,73-ə çatıb. Aprelin 10-da keçirilən hərracların yekununda WTI-nın qiyməti $1,30 (1,33%) azalaraq bir barreli üçün $96,57 təşkil etmişdi.

Ötən həftənin yekunlarına görə "Brent" nefti 12,68%, WTI isə 13,42% ucuzlaşıb.