10:42 - 10.04.2026
10 aprel, Fineko/abc.az. Yaxın Şərqdə gərginliyin artması fonunda Çin, dövlət neft şirkətlərinə kommersiya neft ehtiyatlarından istifadə etməyə icazə verib. Bu addım çatışmazlıq riskinin qarşısını almağa və daxili yanacaq bazarını dəstəkləməyə yönəlib.
ABC.AZ xəbər verir ki, qiymətləndirmələrə görə, aprel–iyun aylarında gündəlik 1 milyon barelə qədər ehtiyatların istifadəsi mümkündür. Gündəlik təxminən 11 milyon barel idxal fonunda bu qərar qlobal bazara da təsir göstərə bilər.
Söhbət strateji deyil, kommersiya ehtiyatlarından gedir: strateji ehtiyatlar (təxminən 413 milyon barel) hələlik istifadə olunmur. Çinin ümumi ehtiyatlarının həcmi 1,4 milyard barel səviyyəsində qiymətləndirilir. Eyni zamanda, Beynəlxalq Enerji Agentliyinə üzv ölkələr qlobal bazarı sabitləşdirmək üçün artıq 400 milyon barel nefti dövriyyəyə buraxıblar.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026