09:42 - 10.04.2026
10 aprel, Fineko/abc.az. Cümə günü keçirilən hərraclarda etalon markaların qiyməti artır, lakin həftəlik yekunda 10%-dən çox dəyər itirə bilər.
Saat 09:35-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin iyun füçersinin qiyməti $0,79 (0,82%) artaraq bir barel üçün $96,71 təşkil edib. Aprelin 9-da keçirilən hərracların yekununda bu müqavilənin dəyəri $1,17 (1,23%) yüksələrək bir barel üçün $95,92 olub.
Saat 09:35-ə qədər "New York Mercantile Exchange" birjasında "WTI" markalı neftin may füçersi $0,35 (0,36%) bahalaşaraq bir barel üçün $98,22-yə çatıb. Aprelin 9-da keçirilən ticarət sessiyasının nəticələrinə görə, "WTI" markasının qiyməti $3,46 (3,66%) artaraq $97,87 təşkil etmişdi.
Həftənin yekunlarına görə, hər iki neft markası 10%-dən çox ucuzlaşa bilər.

18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026