16:19 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Ötən gün Azərbaycanda istehsal olunan elektrik enerjisinin 29,1 %-i bərpa olunan enerji mənbələrinin payına düşüb.
ABC.AZ Energetika Nazirliyinə istinadən xəbər verir ki, həmin gün ümumilikdə 62,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun 18,2 milyon kVt/saatı məhz bərpa olunan mənbələr hesabına təmin olunub.
Elektrik enerjisinin 12,4 milyon kVt/saatı su elektrik stansiyalarında, 5,8 milyon kVt/saatı isə günəş və külək elektrik stansiyalarında istehsal olunub.
30 İyul 2026
29 İyul 2026