14:36 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Avropada qazın qiymətləri ABŞ-ın İrana təhdidləri fonunda artır. Niderlandın təbii qaz habında (TTF) Avropa qaz fyuçerslərinin qiyməti 3,1% artaraq bir meqavatı 50,8 avro və ya ($620 dollar hər min kub üçün) çatıb.
ABC.AZ xəbər verir ki, bu, ABŞ Donald Trampın İranın infrastrukturasına mümkün zərbələr barədə sərt bəyanatlarından sonra baş verib.
Münaqişənin başlanmasından bəri qaz qiymətləri 55%-dən çox artıb. Bloomberg yazır ki, Avropa üçün vəziyyət kirtikdir. Anbarlar təxminən yalnız 28% doludur və kəsintilər qışa qədər LNG üçün rəqabəti gücləndirir.
Yeri gəlmişkən Avropa Azərbaycan təbii qazının ixrac etdiyi bazardır. Bu ilin ilk iki ayında Azərbaycandan xaricə 4 mlrd. 381 mln. kub-m təbii qaz ixracından 1 mlrd. 285 mln. dollar valyuta əldə edib. İxrac təqribən 5% artıb. Ümumi ixracın yarıdan çoxu (təxminən 2,3-2,5 milyard kubmetr) Avropa İttifaqı ölkələrinin payına düşür. 2026-cı ilin əvvəlindən etibarən Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. 2026-cı ilin mart ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında Almaniya və Avstriyanın rəsmən siyahıya əlavə olunduğu və TAP kəmərinin ötürücülük qabiliyyətinin illik 1,2 milyard kubmetr genişləndirildiyi vurğulanıb.
2026-cı ilin ilk iki ayında Azərbaycanın dövlət büdcəsində təbii qazın orta ixrac qiyməti 1000 kubmetr üçün 440 dollar səviyyəsində müəyyən edilib.