Son 3 ayda dövlət qurumlarına 274 kiberhücum indikatoru müəyyən edilib

11:35 - 7.04.2026


7 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanın dövlət qurumlarına 274 kiberhücum indikatoru (IOC) müəyyən edib.

ABC.AZ xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb. Qeyd edilib ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % azdır.

Kibertəhdidlərin 213-ü daxili araşdırma, 64-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.