10:01 - 7.04.2026
7 aprel, Fineko/abc.az. Çərşənbə axşamı keçirilən hərraclarda etalon neft markalarının qiymətləri artır.
Saat 09:55-ə olan məlumata görə, ICE Futures birjasında iyun ayı üzrə Brent fyuçersi $1,21 (1,10%) artaraq bir barel üçün $110,98-a çatıb. 6 aprel tarixli hərracların yekunlarına əsasən, Brent üzrə iyun fyuçersinin qiyməti $0,74 (0,68%) artaraq $109,77 olub.
Saat 09:55-ə NYMEX birjasında may ayı üzrə WTI fyuçersi $2,85 (2,54%) bahalaşaraq bir barel üçün $115,26 təşkil edib. 6 aprel tarixli hərracların yekunlarına görə, WTI üzrə may fyuçersi $0,87 (0,78%) artaraq $112,41 olub.

1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026