16:44 - 6.04.2026
6 aprel, Fineko/abc.az. Nazirlər Kabineti "Aqrar tədarük və təchizat" ASC-nin Nizamnaməsinin təsdiq edilməsi barədə" 4 iyul 2019-cu il tarixli qərarında dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, səhmdar cəmiyyətinin nizamnamə kapitalı 6 milyon manatdan 1 milyon manata endirilib.
"Aqrar tədarük və təchizat" 2016-cı ildə fermerlərin məhsullarının satışına dəstək verilməsi, kənd təsərrüfatı məhsullarının bazara çıxışının asanlaşdırılması, dövlət ehtiyacları üçün aqrar məhsulların mərkəzləşdirilmiş qaydada alınması, aqrar sektorda şəffaf ticarət mexanizmləri formalaşdırılması məqsədi ilə yaradılıb.