İraq neft ixracını Kürdüstan və Türkiyə vasitəsilə şimala yönləndirir

16:17 - 6.04.2026


6 aprel, Fineko/abc.az. İraq gündəlik təxminən 90 min barel nefti Bəsrədən Kürdüstana nəql etməyə başlayıb və buradan xammal Türkiyənin Ceyhan limanına göndəriləcək.

ABC.AZ xəbər verir ki, bu addım şimal marşrutu üzrə ümumi ixracı gündə 340 min barelə çatdıracaq və onun cənub istiqamətlərinə alternativ rolunu gücləndirəcək.

Qərar Hörmüz boğazı ətrafında risklərlə bağlıdır, baxmayaraq ki, tankerlərin keçidi qismən bərpa olunub. Bununla belə, alıcılar ehtiyatlı mövqedədirlər, Bağdad və Ərbil isə regionda aktivliyin azalması fonunda Türkiyəyə neft kəməri ilə tədarüklər barədə razılığa gəliblər.